Vidadi Zeynalovun daha bir obyekti tapıldı: - Süni göllər içində restoranlar və…

8-11-2016, 17:34           
Vidadi Zeynalovun daha bir obyekti tapıldı: - Süni göllər içində restoranlar və…
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri, oliqarx Vidadi Zeynalovun həbsindən sonra əmlakının siyahısı açıqlandı. Bəlli oldu ki, Vidadi Zeynalov nazirliyin aparat rəhbəri postunda “boşuna oturmayıb”.
Sabiq MTN şefi Eldar Mahmudovun dəstəyi ilə həm ona, həm də özünə böyük imkanlar yaradan V.Zeynalov çox “səliqəli” biznes qurubmuş. Diqqət çəkməmək üçün biznesini nə Bakıda, nə də xarici ölkərədə quran oliqarx aparat rəhbəri, əsasən regionlara üstünlük verib.
Belə ki, Vidadi Zeynalovun belə obyektlərindən biri Neftçala rayonunda imiş. Mediafax.az-a daxil olan məlumata görə, Neftçala rayonuun giriş hissəsində yoldan bir qədər də kənarda “Göl” İstisu və “Balıq” İstisu adlı restoranlar fəaliyyət göstərib. Bu restoranlar süni göl yaradılaraq, bu göllərin içində tikilib. Həmçinin, göldən balıq vətəgəsi kimi istifadə edilir. Mənbə mediafax.az-a bildirir ki, V.Zeynalov həftənin 2-3 gününü Bakıdan çox da uzaq olmayan Neftçala rayonundakı bu restoranda dostları ilə istirahət edirmiş. Bu məkanda həm də müalicəvi “İstisu” otaqları yaradılıb. V.Zeynalov əlindəki imkanlardan yararlanaraq əvvəlki illərdə yaxınlıqda fəaliyyət göstərən bütün “İstisu” müalicəvi istirahət yerlərini bağlatdırıb, hətta onların sahiblərini həbs etdirib.
Mediafax.Az-a daxil olan məlumata görə, V.Zeynalovun həbsindən sonra bu restoranlar və istirahət mərkəzləri aylarla başsız qalıb. Zeynalovun yaxın adamları təcili olaraq restoranı satmaq istəsələr də buna nail ola bilməyiblər. Bu günlərdə isə obyektlərin başqa bir məmur tərəfindən alındığı ortaya çıxıb.
Məlumata görə, V. Zeynalovun bu restoranlarını alan şəxs onun yaxın dostudur. Bu şəxsin kimliyi hələlik bəlli olmasa da, hazırda restoranların fəaliyyəti dayandırılıb. İşçilərə isə aylardır əmək haqqı verilmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.