Qəzaya düşən toy karvanının dəhşətli görüntüləri — VİDEO

7-12-2016, 00:16           

Ağdamda gəlin maşını qəzaya uğrayıb.

teref.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində qeydə alınıb.

Toy karvanındakı Ağdam rayon sakini Qabil Abbasova məxsus “Lexus” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə minik maşını dəmir hasarı uçuraraq yolun kənarındakı fərdi yaşayış evinin həyətinə girib. Avtomobil evin həyətində olan İlhamiz Quliyevi vurub. Yaralı təcili tibbi yardım maşını ilə Ağdam Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilir ki, yaralının vəziyyəti orta ağır olaraq qalır.

Faktla bağlı Rayon Polis şöbəsində araşdırma aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru