Akif Əlizadəyə nə olub? - Özü danışdı - FOTO

25-12-2016, 12:16           

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə gözündəki problemi əks etirən fotoların sosial şəbəkələrdə yayılmasını və müzakirə mövzusuna çevrilməsini şərh edib.
teref.az xəbər verir ki, akademik A.Əlizadə ölkə.az-a açıqlamasında gözündən əməliyyat olunduğunu bildirib:
"Gözümlə bağlı yayılan məlumatlardan xəbərim var. Axı burada qeyri-adi nə var? Bu, hər bir adamın başına gələ bilər. Allahdan arzu edirəm ki, bu cür hadisə heç kəsin başına gəlməsin".
A.Əlizadə, həmçinin qeyd edib ki, Azərbaycanın 2017-ci il üçün dövlət büdcəsində AMEA-nın fəaliyyəti üçün ayrılan vəsaitlərin həcmində azalma nəzərdə tutulmayıb:
"AMEA-nın 2017-ci ildə fəaliyyəti üçün ayrılacaq vəsaitlərin həcmində azalma nəzərdə tutulmur. Bununla bağlı səslənən bəzi fikirlər doğru deyil. AMEA-nın büdcəsində heç bir azalma olmayıb, əksinə 2016-cı ildəki qədər saxlanılıb. Akademiya 2016-cı ildə necə inkişaf edibsə, 2017-ci ildə də eyni templə inkişaf edəcək. Hətta 2017-ci ildə AMEA-nın özü belə gəlir gətirmək imkanı yaradıb".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.