ABB-nin sağlamlaşdırılması sürətləndirilir

28-12-2016, 10:57           
ABB-nin sağlamlaşdırılması sürətləndirilir
Bu ilin sonuna qədər Maliyyə Sabitliyi Şurası 2017-ci il üçün pul proqramını, "2017-ci ilə və ortamüddətli dövrə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planı"nı təsdiq etməlidir.

"APA-Economics" xəbər verir ki, bu, prezident İlham Əliyevin ötən gün imzaladığı "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununun tətbiqi barədə fərmanda öz əksini tapıb.

Fərmanda Azərbaycan Mərkəzi Bankına Maliyyə Nazirliyi ilə birlikdə, Maliyyə Sabitliyi Şurasının 2017-ci il üçün təsdiq etdiyi pul proqramına uyğun olaraq, pul və fiskal siyasətlərin daha sıx əlaqələndirilməsi istiqamətində tədbirlər görmək tövsiyə edilib.

Fərmanda Maliyyə Sabitliyi Şurasına 2016-cı ilin sonuna kimi "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sağlamlaşdırılmasının sürətləndirilməsi ilə bağlı tədbirləri də təsdiqləmək və tədbirlər planına uyğun olaraq icrasını təmin etmək tapşırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru