Salyanda meyidi basdırıb üstündə hama tikdilər

28-12-2016, 18:38           

Salyanda tapılan naməlum kişi meyitinin şəxsiyyəti müəyyənləşdirilib.
teref.az report-a istinadən xəbər verir ki, meyit Salyan şəhəri Yunis Zərgərli küçəsində keçmiş bələdiyyə sədrinin müavini Rafiq Cavadovun qardaşı Rövşən Cavadova məxsus həyətyanı sahədə aşkarlanıb.

Meyitin 14 ay əvvəl itkin düşmüş 26 yaşlı Qasımov Elçin Mirqələm oğluna aid olduğu məlum olub. Belə ki, E.Qasımov öldürülüb, qeyd olunan ərazidə basdırılıb. Meyitin basdırıldığı yerin üstündə isə hamam tikilib.

Yerli sakinlərin verdiyi məlumata görə, meyitin tapıldığı yerin sahibi Rövşən Cavadov təqribən 1 il əvvəl qəflətən Almaniyaya köçüb və hazırda orada yaşayır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda həmin ərazi mühafizə olunur.

---------

Bir il əvvəl itkin düşən Salyan rayon sakini, 26 yaşlı Qasımov Elçin Mirqələm oğlunun qətlə yetirildiyi ehtimal olunur.

teref.az APA-ya istinadən xəbər verir ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onun meyitinin axtarışlarına başlayıblar.

Salyan rayonu ərazisində bununla bağlı axtarış tədbirləri həyata keçirilir.

Məlumata görə, Salyan rayon sakini Qasımov Elçin Mirqələm oğlu ötən ilin noyabr ayında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.