“Hələ də rəsmi sənəd daxil olmayıb” – “Təfəkkür"dən xəbər var

23-01-2017, 14:22           
“Hələ də rəsmi sənəd daxil olmayıb” – “Təfəkkür"dən xəbər var
“Hələlik Təfəkkür Universitetində sakitlik hökm sürür. Bu həftə müəllimlərin dekabr ayı üçün nəzərdə tutulan maaşları da veriləcək. Başımız bağlanma məsələsinə görə bir az qarışdığından maaşlar yubanır”.

Bunu hafta.az-a açıqlamasında Təfəkkür Universitetinin Tədris Metodiki İdarəsinin rəisi, professor İlham Musayev deyib . İ.Musayev həmçinin qeyd edib ki, hələlik universitetdə bağlanma məsələləri üzrə işçi qrup yaradılmayıb:

“Bu məsələlərə Təhsil Nazirliyi baxır. İşçi qrupun nə vaxt fəaliyyətə başlayacağı isə bu həftə ərzində bilinəcək”.

Qurumun mətbuat xidmətinin rəhbəri Asif Quliyev isə bildirib ki, hələlik təhsil ocağının bağlanması ilə bağlı universitetə heç bir rəsmi sənəd daxil olmayıb:

“Hələ ki, rəsmi sənəd daxil olmayıb, amma dördüncü kurslar universiteti burada bitirəcəklər. Hazırda imtahanlar gedir. İmtahanlar zamanı heç bir qayda pozunutuları baş verməyib. Yəni, hər şey öz axarındadır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.