Qambiyanın eks-prezidenti dövlətin bütün büdcəsini oğurlayıb! - Ölkədən çıxıb

24-01-2017, 08:06           
Qambiyanın eks-prezidenti dövlətin bütün büdcəsini oğurlayıb! - Ölkədən çıxıb
AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Qambiyanın seçkilərdə məğlub olmuş eks-prezidenti Yayya Camme ölkədən qaçarkən, dövlət xəzinəsindəki 11,4 milyon dollar vəsaiti özü ilə aparıb. Xəbəri «Röyter» agentliyi yayıb.

«Əldə etdiyimiz məlumata görə, xəzinədə pul yoxdur. Bu barədə bizə danışdılar. Amma öz səlahiyyətlərimizin icrasına başlayacağımız gün, biz bu məsələyə aydınlıq gətirəcəyik» – deyə, Qambiyanın yeni Prezidenti Adama Barrou bildirib.

Onun müşaviri Mai Əhməd Fəttinin məlumatına görə, eks-prezident özü ilə təxminən 11,4 milyon dollar büdcə vəsaitini, bahalı maşınlardan ibarət kolleksiyanı və dəbdəbə predmetlərini öz rezidensiyasından aparıb.

Oğurlanmış vəsaitlərin bir hissəsi artıq Qvineyada aşkarlanıb. Camme burada yolüstü dayanıb. Ölkənin keçmiş lideri Ekvatorial Qvineyadakı dostu Teodoro Obianq Nqem Mbasoqun yanına qaçıb. Bu şəxs «qaçqın»ları qonşu dövlətlərə və hətta Beynəlxalq cinayət məhkəməsinə təslim etmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru