Bakıdakı silahlı insidentlə bağlı RƏSMİ MƏLUMAT

24-01-2017, 13:17           
Bakıdakı silahlı insidentlə bağlı RƏSMİ MƏLUMAT
Daxili İşlər Nazirliyi Bakıda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

APA-nın xəbərinə görə, nazirliyin saytında yerləşdirilən məlumatda bildirilir ki, Sabunçu rayonunun Sabunçu qəsəbəsində Seymur adlı şəxs xuliqanlıq zəminində Biləsuvar rayon sakini Eldəniz Eyvazovu döyüb və pnevmatik tapançadan açdığı atəşlə baş nahiyəsinə xəsarət yetirib. E. Eyvazova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini Seymur Sahəliyev tutulub.

Ondan hadisəni törədərkən istifadə etdiyi "MP 654 K" markalı pnevmatik tapança götürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru