Daha bir Bakı ermənisi Azərbaycana qayıdıb - FOTO

25-01-2017, 21:42           
Daha bir Bakı ermənisi Azərbaycana qayıdıb - FOTO
Dia.az-ın haqqin.az-a istinadən verdiyi məlumata görə, bu gün daha bir Qarabağ ermənisi Lida Balasanyan Azərbaycana qayıtdı. O, müsahibəsində Sarqsyana lənət oxuyaraq, Qarabağın Azərbaycanın tərkibinə qayıtmalı olduğunu bildirib.

L.Balasanyanın yaxın günlərdə Azərbaycan vətəndaşlığının bərpa olunacağı bildirilir.

Məlum olub ki, valideynləri Şəmkirdən olsa da, Lida Balasanyan 1940-cı ildə Bakıda dünyaya gəlib. Həyat yoldaşı Mikail Həsənov 1976-cı ildə ağır xəstəlikdən paytaxtda dünyasını dəyişib. Balasanyanın özü 40 il Bakıda parça fabrikində işləyib. O, 1990-cı 4 övladını da burda qoyaraq, Azərbaycanı tərk etmək məcburiyyətində qalıb.

Onun Bakıda qalan övladları isə uzun illər anaları barədə məlumat ala bilməyiblər. 2009-cu ildə ailə təsadüfən Lida Balasanyanın yaşadığını və İrəvanda səfil həyat sürdüyünü öyrənib. O, Gürcüstanın Rustavi şəhərinə gətirilir və Bakıya gətirilənə kimi orda saxlanılıb.

Qeyd edək ki, Ermənistanda yaşayan bir çox bakılı ermənilərin öz ölkələrində sosial ədalətsizliklə üzləşirlər, onlar hətta elementar siyasi, vətəndaş hüquqlarından belə məhrumdurlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.