“Dəyanət Rzayevin bədənində zorakılıq, xəsarət və ya xəsarət izi aşkar edilməyib” - Qətl versiyası təkzib olundu

26-01-2017, 19:13           
“Dəyanət Rzayevin bədənində zorakılıq, xəsarət və ya xəsarət izi aşkar edilməyib” - Qətl versiyası təkzib olundu
Yanvarın 25-də paytaxtın Yasamal rayonu ərazisində Dəyanət Rzayevin yaşadığı mənzildə asılmış vəziyyətdə meyitinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinin və meyitin müayinəsi aparılıb.

Musavat.com xəbər verir ki, bu barədə Respublika Prokurorluğu mətbuat xidməti saytımızın sorğusuna hazırladığı cavabda bildirib. Cavabda eyni zamanda bildirilib: “Meyidin xarici müayinəsi zamanı boynundakı stranqulyasiya şırımından başqa bədəni üzərində zorakılıqla yetirilməyə xarakterik hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmış, D.Rzayevin ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru