BDYPİ rəhbərliyi polislərə ciddi xəbərdarlıq etdi

27-01-2017, 09:21           
BDYPİ rəhbərliyi polislərə ciddi xəbərdarlıq etdi
Sabirabadda sürücünün yol polisinə ağlayaraq yalvarmasını əks etdirən videogörüntüdən sonra Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəhbərliyi polislərə ciddi xəbərdarlıq edib.

AzVision.az xəbər verir ki, yol polisi əməkdaşlarına sürücülərlə etik qaydalara uyğun şəkildə davranmaq, vətəndaşları aşağılamamaq barədə tapşırıq verilib.

Xəbərdarlıq edilib ki, xidməti zamanı nöqsana yol verən DYP əməkdaşları sərt cəzalandırılacaq, dərhal işdən qovulacaqlar.

Bundan əlavə DYP rəhbərliyi sürücülərin şikayətlərinin ciddi araşdırılmasını tələb edib.

Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, təkcə Sabirabaddakı hadisə ilə əlaqədar deyil, mütəmadi olaraq Yol Patrul Xidmətinin əməkdaşlarına sürücülərlə davranışlarına riayət etmələri barədə tapşırıqlar verilir.

K.Əliyev vurğulayıb ki, işdən çıxarılan əməkdaşların əksəriyyəti məhz etik davranış kodeksinin tələbinə zidd hərəkət etdiklərinə görə daxili işlər orqanlarında xidmətdən xaric ediliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru