Bakıda 38 yaşlı kişi qətl edildi

27-01-2017, 10:08           

Bakının Yasamal rayonu ərazisində üzərində odlu silah yaraları olan kişi meyiti aşkar olunub.

Report xəbər verir ki, "Kaktus" restoranı yaxınlığında tapılan meyitin Ocaqov Ceyhun İslam oğluna məxsus olduğu müəyyən edilib.

Müayinə zamanı meyitin baş nahiyəsində bir (kontrol), bədən hissəsində isə iki güllə yarası aşkar edilib. Hazırda hadisənin kim və ya kimlər tərəfindən törədildiyi araşdırılır.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru