Dağıstanda xüsusi əməliyyat keçirilib, 3 silahlı öldürülüb 29-01-2017, 16:31 Bu gün səhər saatlarında Dağıstanın Xasavyurt şəhərində xüsusi əməliyyat keçirilib. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, silahlıların gizləndiyi ev mühasirəyə alınıb. Təslim olmaqdan imtina edən silahlılar xüsusi təyinatlılara atəş açıblar. Atışma nəticəsində 3 silahlı öldürülüb. Facebook-da paylaş