Tərtər ermənilər tərəfindən atəşə tutulur - VİDEOFAKT

30-01-2017, 00:36           

Erməni silahlı qüvvələri cəbhəyanı kəndləri atəşə tutmaqda davam edir. Ötən gün atılan güllələrdən biri Tərtərin Qapanlı kəndindəki evlərdən birinin divarına dəyib.

Erməni silahlı qüvvələrinin dinc sakinləri hədəfə alması artıq adi hala çevrilib.

Tərtərin Qapanlı kəndi erməni silahlı qüvvələri tərəfindən ən çox atəşə tutulan kəndlərdən biridir. Ötən gün də kənd düşmən ordusunun atəşinə məruz qalıb və atılan güllələrdən biri yaşayış evinin divarına dəyib.

Kənd sakinlərinin sözlərinə görə, axşam saatlarında atəşkəs daha çox pozulur.

Sakinlər deyir ki, kənd təmas xəttinin bir neçə yüz metrliyində yerləşdiyindən, əkin-biçin işlərində xeyli çətinlik yaranır. Kəndin ərazisini açıq-aydın müşahidə edən erməni hərbçilər dinc əhalini görən kimi atəşə tuturlar. Bu səbəbdən də sakinlər əkin işlərini adətən gecə aparırlar.

Atəşkəsin bu qədər pozulmasına baxmayaraq, Qapanlıda həyat öz axarı ilə davam edir.

Kənddəki əksər evlərdə mərmilərin izləri qalmaqdadır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.