Xaçmazlı hava ilə işləyən silah düzəltdi - Video

30-01-2017, 00:38           

Xaçmaz sakini 16 yaşlı yeniyetmə müxtəlif silah maketləri hazırlayır. Onlardan diqqət çəkəni isə hava ilə işləyən silahdır. Snayperə oxşayan silah plastik materiallardan hazırlanıb. Onun gülləsi 200 metr uçur.

Xəzər xəbər-in məlumatına görə, məktəbli hava ilə işləyən pnevmatik silah düzəldib.

Snayper formasında olan silah 50 metrdən təsiredici qüvvəyə malikdir.

Xaçmaz rayonu, Nərəcan kəndində yaşayan Həmdulla Xəlilov müxtəlif silah maketləri hazırlayır. Onlardan diqqət çəkəni isə hava ilə işləyən bu silahdır. Snayperə oxşayan silah plastik materiallardan hazırlanıb. Onun gülləsi 200 metr uçur.

Hazırladığı maketləri təkmilləşdirməyə çalışan yeniyetmə bu istəyinə müəyyən qədər nail olub.

O, hazırda Kalaşnikov avtomatı və pulemyotun maketi üzərində çalışır. Məktəbli siahların hazırlanmasında tullantı materiallardan istifadə edir. Maketlərin hissələri karton lövhələrdən və plastik materiallardan ibarətdir. O, yaxın gələcəkdə müxtəlif funksiyaları olan silah maketləri hazırlamaq niyyətindədir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru