Əhəd Abıyevin halı pisləşdi – Prezidentin iştirak etdiyi konfransda

30-01-2017, 14:51           

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Daşkəsənin İcra başçısı Əhəd Abıyevin halı qəfil pisləşib.

BakiPost.az-ın məlumatına görə, konfransın birinci hissəsi başa çatdıqdan sonra icra başçısı zaldan çıxarkən başı gicəllənib və özünü güclə foyedəki skamyaya çatdırıb.

Ətrafdakı insanlar, media nümayəndələri ona yardım ediblər, Təcili Yardım çağırmaq istəyiblər. Lakin o, həkimə ehtiyacın olmadığını bildirib, su istəyib. Hadisə şahidlərinin sözlərinə görə, Ə.Abıyevin əlləri əsirmiş. İcra başçısının tədbirdə həyəcan keçirdiyi bildirilir.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilir.

Hökumət ümayəndələrinin, icra başçılarınınqatıldığı konfranda prezident İlham Əliyev də iştirak edib və geniş nitq söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru