Rusiya Ukraynadan göndərilən taxılı Azərbaycana buraxmadı

31-01-2017, 00:22           
Rusiya Ukraynadan göndərilən taxılı Azərbaycana buraxmadı
Ukraynadan Azərbaycana göndərilən 67 ton bişməmiş taxıl (səməni mayası) ölkəyə təyinatı üzrə çatdırılmayıb.

"Vesti Kavkaza”nın məlumatına əsasən, Rusiya-Azərbaycan sərhədində Rusiya Fitosanitariya və Baytarlığa Nəzarət Federal Xidmətinin Dağıstan bölməsi Ukraynadan Azərbaycana göndərilən taxılı sərhəddə saxlayıb.

Qurumun məlumatına görə, yük fitosanitariya yoxlanışını keçməyib. Məhsulun keyfiyyət sertifikatının vaxtı isə bitib.

Bununla əlaqədar, Ukraynadan göndərilən bişməmiş taxılın Azərbaycana girişi qadağan edilib.("Report”)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru