ABŞ prezidenti Donald Trampın miqrantlarla bağlı fərmanlar imzaladıqdan sonra bu ölkədə yaşayan bir sıra erməni hava limanında saxlanılıb. Amerika erməni milli komitəsinin (ANCA) müraciətində ABŞ-dakı ermənilərin vəziyyətinin yaxşı olmadığı məlum olur. “ABŞ hava limanlarında saxlanılan, yaxud ölkəyə təkrar giriş zaman problemlərlə qarşılaşan ermənilər bizə müraciət etsin”, – deyə komitə bəyanat yayıb. Qeyd edək ki, D.Trampın fərmanı ilə Suriya, İraq, İran, Somali, Sudan, Liviya və Yəməndən gələnlərin ABŞ-a girişi qadağan edilib. Fərmana görə, milliyyətindən asılı olmayaraq, bu ölkələrdən gələn şəxslər geri qaytarılır. Erməni komitəsi isə bu ölkələrdən gələn ermənilərə dəstək göstərəcəyini bəyan edib.(publika)