Şantajla üzlәşәn qadın әrindәn oğurladığı pulları sevgilisinә verdi –TӘFӘRRÜAT

3-02-2017, 02:16           
Şantajla üzlәşәn qadın әrindәn oğurladığı pulları sevgilisinә verdi –TӘFӘRRÜAT
Bakıda yüngül hәyat tәrzi keçirәn qadınların şantaj olunması ilә bağlı hüquq¬mühafizә orqanlarına müraciәt edilib. Teleqraf.com xәbәr verir ki, müraciәt әsasında Daxili İşlәr Nazirliyinin Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә İdarәsinin әmәkdaşları tәrәfindәn araşdırma aparılıb. Araşdırmalar zamanı mәlum olub ki, Bakı şәhәr sakinlәri ¬ Ceyhun Hәmidov, Әdil Maqsudov, Comәrd Hәmzәyev, Bәxtiyar Ağayev vә qardaşı Tural paytaxtda yüngül hәyat tәrzi keçirәn qadınları şantaj ediblәr. Keçirilәn әmәliyyat¬axtarış tәdbirlәri nәticәsindә iki qadından şantajla pul almaqda ittiham olunan paytaxt sakinlәri Ceyhun Hәmidov, Әdil Maqsudov, Comәrd Hәmzәyev, Bәxtiyar Ağayev vә qardaşı Tural tutulublar. Mәlum olub ki, dәstә üzvlәri ilk әvvәl Sevinc Bayramovaya (ad vә soyad şәrti verilib) qarşı şantaj ediblәr. Ceyhun Hәmidov vә Әdil Maqsudov sosial şәbәkәlәrdәn birindә Sevinc Bayramova ilә tanış olublar. Daha sonra onlar әylәnmәk üçün qadınları paytaxtda kirayә tutduqları evә gәtiriblәr. Cinsi әlaqәdә olan zaman onların video vә foto çıkilişlәrini aparıblar. Sonra dәstә üzvlәri qadınları video görüntülәri vә şәkillәri sosial şәbәkәdә yaymaqla hәdәlәyiblәr. Onlar Sevinc Bayramovadan hәr ay 1000 manat pul vermәsini tәlәb ediblәr. Qadın birinci ay onlara 1000 manat verib, amma sonradan imkanı olmadığı üçün onlaar pul vermәyb. Digәr zәrәrçәkmiş Sevda Mәmmәdova (ad vә soyad şәrti verilib) ailәli olub. O, şübhәli şәxslәrdәn biri ilә cinsi әlaqәdә olub. Hәmin şәxs cinsi әlaqәdә olmasını videoya çәkib. Sonra qadının ailәli olmasını bilib vә video görüntünü әrinә göstәrmәmәsi üçün 1000 manat vermәsi tәlәb edilib. Qadın özünün qızıllarını sataraq onlara 1000 manat verib. Sonra dәstә üzvlәrinin qadına qarşı şantaj etmәkdә davam ediblәr. Qadın hәtta әrindәn oğurluq edib, evdә qiymәtli әşyalar da sataraq, dәstә üzvlәrinә pul vermәyә mәcbur olub. İddia olunur ki, evdәn qiymәtli әşyaların itmәsi ilә bağlı Sevda Mәmmәdova ilә әri arasında münaqişә dә baş verib. Faktla bağlı Cinayәt Mәcәllәsinin 182.2.2¬ci (tәkrar hәdә¬qorxu yolu ilә tәlәb etmә) vә 182.2.4¬cü (zәrәrçәkmiş şәxsә xeyli miqdarda ziyan vurmaqla hәdә¬qorxu yolu ilә tәlәb etmә) maddәlәri ilә cinayәt işi başlanıb. İstintaq hәrәkәtlәri davam edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.