Saytlarda antiradar satılır: qanun nə deyir? - Video

3-02-2017, 09:53           
Saytlarda antiradar satılır: qanun nə deyir? - Video
Bəzi saytlarda antiradarlar və balıq tutmaq üçün şok cihazı satılır. Bu cihazların istifadəsi qanunla qadağandır. İstifadə edən şaxslər barədə də ciddi cəza nəzərdə tutulub. Bəs görəsən həmin avadanlıqları satanları nə gözləyir?

Xəzər xəbər bildirir ki, cihazlardan biri 160, digəri isə 120 manata satılır.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, hər iki cihaz qanunla qadağan olunub. İstifadə edən sürücüləri isə yüksək məbləğdə cərimə gözləyir.

Kamran Əliyev deyir ki, antiradarlar radarların işinə mane olduğuna, radar detektorları isə sürücünün diqqətini yoldan yayındırdığına görə qadağan edilib. Çünki sürücü bütün diqqətini yol nişanlarına yox, yalnız həmin cihazdan gələn siqnallara yönəldir.

Saytda yerləşdirilən digər elan isə balıq tutmaq üçün istifadə edilən şok cihazı barədədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, bu cür cihazlar vasitəsilə balıq ovlamaq qadağandır. Həmin şəxləri vurduğu zərərin miqyasından asılı olaraq həbs cəzası da gözləyir.

Hüquqşünaslar bildirirlər ki, bu cihazların yuxarıda sadalanan təyinatlar üzrə istifadəsi qadağan edilsə də, satışına heç bir qadağa yoxdur.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.