Azərbaycanda avtobusların idarə etmək hüququna dair yaş hədləri ilə bağlıtələb qüvvəyə minib

3-02-2017, 10:16           

Azərbaycanda sərnişin avtobuslarını idarə etmək hüququ qazanmaq üçün yaş hədləri ilə bağlı tələb qüvvəyə minib.

Bu, Nazirlər Kabinetinin “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazisindəki yollarda “DE” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququ 26 yaşdan yaranıb. Əsasnaməyə edilən dəyişikliyə əsasən yaş həddi çərçivəsi 26 yaşdan 65 yaşadək müəyyənləşdirilib.

Xaptırladaq ki, “DE” qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “D” kateqoriyasından olan avtomobillərdir. Müvafiq tələb “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 30 sentyabr tarixli qanunda əksini tapıb. “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”yə edilən dəyişiklikdə bu tələbin tətbiqinə başlanacaq. (APA)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.