Qızın üstünə 250 kiloluq şüşə düşdü, rekord məbləğdə təzminat aldılar - FOTO

4-02-2017, 20:57           
Qızın üstünə 250 kiloluq şüşə düşdü, rekord məbləğdə təzminat aldılar - FOTO
2009-cu ildə İstanbulun Beyoğlu ərazisindəki İstiqlal küçəsində gəzən 22 yaşlı tələbə Ece Turhanın üstünə 250 kiloluq şüşə düşüb. Qız 102 gün xəstəxanada həyatda qalmaq üçün mücadilə verib. O, 22 dəfə əməliyyat olunub. Qız görmə qabiliyyətinin 90 faizini itirib.

Milli.Az "Sabah"a istinadla bildirir ki, qızın ailəsi şüşəsi qırılıb düşən kinoteatr salonunun sahibini məhkəməyə verib. 8 ildir davam edən məhkəməni dünən qızın ailəsi qazanıb. Onlar şirkətdən rekord məbləğdə (2.2 milyon) təzminat alıblar.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.