Adil Əliyevdən Araz Əlizadəyə sərt cavab

7-02-2017, 09:14           

Azərbaycan Milli Məclisinin deputatı Adil Əliyev Araz Əlizadəyə cavab verib.

A.Əliyev bu barədə facebook sosial şəbəkəsində yazıb: "Son günlər başım kikboksinq çempionatlarına qarışdığı üçün mətbuatda Türkiyə və Nuru paşa əleyhinə səslənən fikirləri izləyə bilməmişəm. Ancaq bu cür təbliğat aparanlara qısa olaraq belə cavab verərdim.

Qəhrəman Nuru paşa və Qafqaz-İslam Ordusu Türk xalqının qəlbinə dərin iz buraxıb. Təəssüflər olsun ki, bəzi səy-səy fikirlər söyləyib, gündəmə gəlmək istəyən, sapı özümüzdən olan baltalar olmasa, biz daha çox irəli gedə bilərik. Həmin qüvvələr unutmasınlar ki, gec-tez Türk birliyi güclənəcək. Və tarix bu cür insanları öz siyahısından siləcək".

Qeyd edək ki, Araz Əlizadə Modern.az saytına müsahibəsində bunları demişdi: “Ermənistan öz sərhədləri çərçivəsində BMT-yə üzv olub. Heç kim icazə verməz ki, biz İrəvanı geri alaq. Burada ayrı bir məsələ var. Biz bunu mütləq dərsliklərə salmalıyıq. Uşaqlarımız, gənclərimiz bilsinlər ki, ”erməni qara yarası"nı Azərbaycanın bədəninə Osmanlı İmperatorluğu salıb. Türkiyə isə Osmanlı İmperiyasının cinayətlərinə görə cavab vermək fikrində deyil. 1915-ci ildən sonra osmanlılar öz paxırlarını ört-basdır etmək üçün Azərbaycan ərazilərində Ermənistan dövlətinin yaranmasına şərait yaratdı. Halbuki Azərbaycan o zaman bütün ümidlərini Osmanlıya bağlamışdı. Amma Osmanlı İmperiyası Azərbaycanın acizliyini görüb, ingilislərin xoşuna gəlmək üçün 9 min kvadrat kilometr ərazini Ermənistana verdi. Sazişdə yazılmışdı ki, daha ermənilər bir qarış torpağa da iddia etməyəcəklər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.