ANAMA Cocuq Mərcanlıda əməliyyatları dayandırıb - SƏBƏB

7-02-2017, 14:27           

“Hava şəraiti ilə əlaqədar Cocuq Mərcanlı kəndində axtarış əməliyyatları dayandırılıb”

Bunu hazırda ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanov deyib. O, bildirib ki, evlərə və onların ətrafına giriş xətləri tam açılıb:

“Hazırda ərazi qarla örtülüb. Belə hava şəraitində əməliyyat aparmaq olmur. Hava şəraiti yaxşılaşmağa doğru gedir. Yaxın günlərdə axtarış əməliyyatlarının bərpa olunması gözlənilir. Hava şəraiti imkan verən kimi evlərin içində axtarışa başlayacağıq. Dağılmış evlərin içərisində partlamamış hərbi-sursatların olması ehtimalı var. Həmin ərazilərdə xüsusi texnikalardan istifadə edərək təmizlənmə işlərini həyata keçirəcəyik”.

Qeyd edək ki, Cocuq Mərcanlı kəndində minatəmizləmə əməliyyatlarının aparılacağı ərazinin ölçüsü müəyyənləşdirilib. Belə ki, 300 hektar ərazidə əməliyyatlar aparılacaq.AzVision.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru