Ali Məhkəmə vəkilin kollegiya üzvlüyündən çıxarılmasına “hə” dedi

7-02-2017, 17:51           
Ali Məhkəmə vəkilin kollegiya üzvlüyündən çıxarılmasına “hə” dedi
Bu gün Ali məhkəmədə hakim Rahib Nəbizadənin sədrliyi ilə vəkil Əlayif Həsənovun kasassiya şikayətinə baxılıb. Şikayətə baxan hakimlər kollegiyası Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin onun vəkillikdən xaric edilməsi barədə qərarını qanuni sayıb.
Vəkil kollegiya üzvlüyündən çıxarılması qərarından 1 saylı Bakı inzibati-iqtisadi məhkəməsinə müraciət etmişdi. Birinci instansiya məhkəməsi kimi Əlayif Həsənovun vəkillikdən xaric edilməsi haqqında qərarı qüvvədə saxlayandan sonra, vəkil qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya məhkəməsi də Vəkliilər Kollegiyasının Rəyasət heyətinin qərarına haqq qazandırıb.
Məhkəmədə beynəlxalq təşkilatların və mətbuat nümayəndələri iştirak edib
Əlayif Həsənov bundan sonra Avropa İnsan Haqları məhkəməsinə müraciət edəcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru