Bakıda 20 min dolları 40 minə “çevirən” afrikalılar yaxalandı – FOTOLAR

7-02-2017, 18:21           
Bakıda 20 min dolları 40 minə “çevirən” afrikalılar yaxalandı – FOTOLAR
Daxili işlər orqanlarının əməkdaşları ümumən cinayətkarlıq, o cümlədən insanların dələduzluq yolu ilə aldadılmasının qarşısının alınması istiqamətində növbəti əməliyyat-axtarış tədbiri həyata keçirib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən vətəndaşlardan biri tanımadığı şəxslərin onun etimadını qazanaraq 20000 ABŞ dollarını guya xüsusi kimyəvi vasitələrlə 40000 ABŞ dollarına çevirəcəkləri adı ilə aldararaq onun pulunu dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Kamerun Respublikasının vətəndaşı Aurelien Vanbo, Nigeriya vətəndaşları – Onuegbu Rovland, Empume Charles və Okenchi Kingsleydən ibarət dəstə zərərsizləşdirilib.
Saxlanılan şəxslər ifadələri zamanı Azərbaycanda keçiriləcək beynəlxalq miqyaslı idman yarışları, eləcə də tədbirlər ərəfəsində Bakı şəhərinə çoxlu sayda turistlərin səfər edəcəklərini bildiklərindən qeyd olunan üsulla əcnəbi qonaqların və yerli vətəndaşların pullarını mənimsəmək niyyəti ilə Azərbaycana gəldiklərini bildiriblər.
Onların üzərlərinə və müvəqqəti yaşadıqları mənzilə baxış zamanı maddi sübutlar aşkar olunaraq götürülüb.
Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində müvafiq araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru