Azərbaycanda 10 xəstəxana bağlandı

7-02-2017, 23:09           

Maliyyə Nazirliyinin 17 noyabr 2016-cı il tarixli məktubuna əsasən yanvarın 1-dəm “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tibbi xidmət göstərən müəssisələri təsərrüfat hesabına keçib. Bu səbəbdən özünü təmin edə bilməyən xəstəxanaların fəaliyyəti dayandırılıb.

Axar.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Azvision.az-a QSC-nin rayonlarda 10 xəstəxana və tibbi məntəqəsinin bağlandığını bildirib.

“Bunlar Kürdəmir, Ucar, Lənkəran, Yevlax Dəmiryol Ambulatoriyası, Salyan Dəmiryol Xəstəxanası, Hacıqabul Dəmiryol Xəstəxanası, Mincivan Dəmiryol Xəstəxanası, Gəncə Dəmiryol Gigiyena və Epidemiologiya Mərkəzi, İmişli Gigiyena və Epidemiologiya Mərkəzi, Taun Əleyhinə Stansiyadır. Rayonlarda fəaliyyət göstərən xəstəxana və məntəqələrin hər birində ən azı 60 ştat olub”, - qurum rəsmisi deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru