Göyçay sakini tezdən oyanıb şoka düşdü - "Gördüm ki, ..."

9-02-2017, 21:17           
Göyçay sakini tezdən oyanıb şoka düşdü - "Gördüm ki, ..."
"Səhər gördüm ki, 10-u ölüb, qalanı yaralıdı"

Göyçay rayonunda xırda buynuzlu heyvanlar canavarların hücumuna məruz qalıb.

ARB TV xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.

Canavarlar Qızılağac kəndinə soxularaq Qorxmaz İsmayılova məxsus tövlədə olan 30 baş qoyundan 10-nunu tələf edib, 16-ın isə yaralayıb.

Yaralanan heyvanlara baytar həkimlər tərəfindən tibbi yardım göstərilib. Məhv olan heyvanlar dezinfeksiya edilərək torpağa basdırılıb.

Kənd sakinlərinin sözlərinə görə, qış aylarında canavar və çaqqallar tez-tez kəndlərə soxularaq fərdi təsərrüfatlara zərər vururlar.

Qorxmaz İsmayılov - Təsərrüfat sahibi: "Səhər-səhər 6-da gəlib gördük ki, canavarlar 10 baş heyvanı qırıb. Qalan heyvanlarında hamısını yaralayıb".

[media=https://www.youtube.com/watch?v=_GMDjYNDllA]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru