Bankdan 3 milyon oğurlandı - Azərbaycanda

11-02-2017, 21:49           

Haker qrupu "DəmirBank”ın təhlükəsizlik sistemində zəif yer taparaq 3 milyon dollar oğurlamağa müvəffəq olub.

teref.az xəbər verir ki, bu barədə virtualaz.org-a bir-birindən xəbərsiz iki ayrı bank mənbələrindən məlumat daxil olub.

Xəbərə görə, hakerlər "unlimited” kartları sistemindəki zəiflikdən yararlanıblar və ölkənin xaricindən bank hesablarına daxil olaraq vəsait çıxarmağa başlayıblar.

Hadisə başa çatmaqda olan həftənin əvvəlində baş verib, məlumat gizli saxlanılıb.

Jurnalistlər baş vermiş olayın təfərrüatlarını öyrənmək istədikdə, "DəmirBank”ın marketinq direktoru Anar Bayramov qeyd edib ki, haker hücumu ilə bağlı informasiyaya malik deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru