“Azərbaycan Milli QəhrəmanAilələrinin Sosial Müdafiəsi” İctimai Birliyi və “ Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”Qapalı Səhmdar Cəmiyyəti xeyriyyə aksiyası keçirdilib.

22-06-2015, 15:39           

teref.az -“Azərbaycan Milli QəhrəmanAilələrinin Sosial Müdafiəsi” İctimai Birliyi və “ Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”Qapalı Səhmdar Cəmiyyəti xeyriyyə aksiyası keçirdilib.
Saatlı rayonu Qarayev kənd sakini 1 qrup əlil Ağayev Niyaməddin Yaqub oğlu illərdir ki, bir əlil arabası arzusunda idi. Yerdə ancaq sürünərək hərəkət edən həmvətənimizin imdadına “ Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”Qapalı Səhmdar Cəmiyyətində “Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi” İctimai Birliyinin nümayəndəsi kapitan Elşad Qasımov çatıb.
Eişad Qasımovun dedikləri:
Gəmiçilikdə eşidəndə ki, belə bir həmvətənimiz var və onun vıəziyyəti bu dərəcədə acınacaqlıdır, ona kömək etmək qərarına gəldik. Köməyimiz də ona bir əlil arabası almaq oldu. Bizim “ Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”Qapalı Səhmdar Cəmiyyətinin xeyriyəçilik ənənələri var. Sədrimiz Rauf müəllim Vəliyev cənablarının şəxsi təşəbbüsü ilə idarəmizin və təşkilatımızın üzvləri olan şəhid və əlil ailələrinə dəfələrlə yardımlar etmişik. Rauf müəllimin əmri ilə “Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi” İctimai Birliyinin üzvləri olan veteran və əlil ailələrinin üzvlərini növbədən kənar işlə təmin edirlər. Hər bir bayramda Rauf müəllim əlil və veteranların ailələrini yada salır. Onlara maddi və mənəvi kömək olur.
Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi” İctimai Birliyinin sədrinin 1- ci müavini
2- ci qrup Qarabağ əlili Nurəddin İsmayılov dedi:
Biz İctimai Birlik olaraq əlil və veteranların imdadına çatan “ Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”Qapalı Səhmdar Cəmiyyətindən çox razıyıq. Hər bir zaman onlar bizim xahişimizə müsbət cavab veriblər. “ Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev cənabları veteran və əlil ailələrinin problemləri ilə şəxsn maraqlanır və əlindən gələn köməyi edir.
Arzu edərdik ki, prezident İlham Əliyevin çıxışında " Hər bir rəhbər işçi əlil və veteranların qaydına qalmalıdır!" deyərək verdiyi tapşırığı hər bir rəhbər işçi Rauf Vəliyəv cənabları kimi ürəkdən yerinə yetirsin!
Saatlıda yaşayan əlil qardaşımıza edilən bu kömək də onlardan biridir.
teref.az
“Azərbaycan Milli QəhrəmanAilələrinin Sosial Müdafiəsi” İctimai Birliyi və “ Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”Qapalı Səhmdar Cəmiyyəti xeyriyyə aksiyası keçirdilib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.