Müdafiə Nazirliyi: İki hərbçimizin ermənilərə əsir düşdüyü ehtimal edilir

23-06-2015, 22:31           
Müdafiə Nazirliyi: İki hərbçimizin ermənilərə əsir düşdüyü ehtimal edilir
Hadisə ilə bağlı axtarış və araşdırma tədbirləri həyata keçirilir.

Azərbaycan hərbçilərinin yolu azaraq qarşı tərəfdə olduğu ehtimal edilir.

Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, iyunun 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində, mövqe istiqamətində hərəkət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun dağ-meşə şəraitində yolu azmaları və qarşı tərəfdə olduqları ehtimal edilir.

Hazırda hadisə ilə bağlı axtarış və araşdırma tədbirləri həyata keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru