Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən dəhşətli qəza ilə bağlı AÇIQLAMA

9-03-2017, 21:05           
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən dəhşətli qəza ilə bağlı AÇIQLAMA
Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəza 5 tələbənin ölümü, 21 nəfərin yaralanması ilə nəticələndi. Olay ölkə mətbuatında və sosial şəbəkələrdə gündəmin əsas müzakirə mövzusu olaraq qalır.

Hadisə ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Modern.az- a bildirilib ki, qəzaya səbəb olan mikroavtobus sərnişindaşıma xidməti göstərmək üçün tələb olunan müvafiq icazə sənədi almayıb.

“Nəqliyyat, Rabitə və Yüksək Nazirliyi bildirir ki, marşrutu üzrə sərnişindaşıma həyata keçirən "50 BL 132" dövlət nömrə nişanlı "Ford Tranzit" markalı mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib. Faciəyə səbəb olan mikroavtobusa keçmiş Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən fərqlənmə nişanı verilməyib. Eyni zamanda, nəqliyyat vasitəsi Bakı-Sumqayıt marşrutu üzrə sərnişindaşıma xidməti göstərmək üçün tələb olunan müvafiq icazə sənədini də almayıb.
Bildiririk ki, şəhərlərarası sərnişindaşıma ilə məşğul olan bütün avtobuslar Bakı Beynəlxalq Avtovağzalından hərəkət etməlidir. Qəza törədən mikroavtobus isə qeyri-qanuni olaraq “Memar Əcəmi” metrostansiyası yaxınlığından sərnişindaşıma xidməti göstərib".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.