Azərbaycanlı iş adamlarının qatilləri tutuldu - Biri polisdir (Təfərrüat)

13-03-2017, 15:38           
Azərbaycanlı iş adamlarının qatilləri tutuldu - Biri polisdir (Təfərrüat)
Bir həftə öncə Rusiyanın Krasnodar şəhərində liftə ölü tapılan iki azərbaycanlı iş adamının qətli bağlı yeni təffərrüatlar məlum olub.

AzVision.az “svpressa.ru”-ya istinadən xəbər verir ki, cinayət işi bağlı 17-39 yaş arası 4 nəfər saxlanlıb. Onlardan biri polis işçisi, digəri isə həmin iş adamlarının şirkətinin əməkdaşı olub.

İstintaq nəticəsində məlum olub ki, azərbaycanlı biznesmenlər 7 mart tarixində Moskvaya yola düşməliymişlər. Onların əlində içərisində 17 milyon rubl pul olan 3 çanta olub. İlkin ehtimala görə, bu barədə şirkətin əməkdaşı xəbərdar olub. Məhz buna görə, onlar avtomobillə azərbaycanlıların yaşadığı binaya gələrək liftin qarşısında hədəfi gözləyiblər.

Qapılar açılan kimi adı açıqlanmayan 37 yaşlı şəxs soyuq silahla biznesmenlərin başlarından vurub. Daha sonra hər iki azərbaycanlını güllələyiblər. Hazırda cinayəti törədən qrupun bütün üzvləri saxlanılıb və ifadələri alınıb. Faktla bağlı istintaq davam etdirilir.
0












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru