Oğuzda oğlan nişanlısını bıçaqlayıb öldürdü - Qısqanclıq

27-06-2015, 11:58           
Oğuzda oğlan nişanlısını bıçaqlayıb öldürdü - Qısqanclıq
Oğuz rayon sakini nişanlısını bıçaqlayaraq qətlə yetirib.

Hüquq-mühafizə orqanlarından APA TV-nin Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Padar kəndində baş verib.

Oğuz rayon Kərimli kənd sakini, 1985-ci il təvəllüdlü İlkin Adil oğlu Rəsulov 1992-ci ildə Kəlbəcər rayonunun Zar kəndində anadan olan, hazırda rayonun Padar kəndində məskunlaşan məcburi köçkün Səbinə İsmayıl qızı Əhmədovanın yaşadığı evə gedərək orada nişanlısı İlkin Rəsulov ilə mübahisə edib.

Mübahisə zamanı İlkin Rəsulov üzərində gəzdirdiyi bıçaqla Səbinə Əhmədovaya 4-5 bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Hadisə yerini tərk edən İlkin Rəsulov Oğuz Rayon Polis Şöbəsinə zəng edərək, istintaqa könüllü təslim olub. İlkin araşdırma zamanı İlkin Rəsulov hadisəni qısqanclıq zəminində törətdiyini və Səbinə Əhmədova ilə nişanlı olduğunu bildirib. Məlumatda bildirilir ki, hadisə baş verən zaman Səbinə Əhmədova evdə tək olub. Hadisədən sonra evə gələn qızın anası, 1965-ci il təvəllüdlü Çimnaz Ramazan qızı Əhmədova qızının qətlə yetirilməsinə dözməyərək intihar etmək məqsədilə sirkə turşusu qəbul edib. Sirkə turşusundan zəhərlənən Çimnaz Əhmədova Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Xəstəxanada Çimnaz Əhmədovaya lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı Oğuz rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.