Sovet dövründə Azərbaycanda Nazir müavini işləmiş qadın intihar edib - Bakıda

17-04-2017, 12:56           
Sovet dövründə Azərbaycanda Nazir müavini işləmiş qadın intihar edib - Bakıda
Aprel ayının 15-də Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi 3, mənzil 18-də 86 yaşlı qadın intihar edib.

SalamNews-un məlumatına görə, 1931-ci il təvəllüdlü Sultanova Zərifə Məmmədəli qızı uzun illərdir iflic xəstəliyindən əziyyət çəkib, əlil arabasında gəzib. Aprel ayın 15-də günorta saatlarında oturduğu əlil arabasında iplə özünü boğaraq intihar edib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Mərhumun yaxınları, Sultanova Zərifə Məmmədəli qızının Sovetlər Birliyi vaxtında uzun illər yüksək vəzifələrdə işlədiyini, hətta nazir müavini vəzifəsinə qədər yüksəldiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru