Toy günü başqasına qoşulub qaçan gəlin: - “5 ildir bir-birimizi sevirdik”

17-04-2017, 17:28           
Toy günü başqasına qoşulub qaçan gəlin: - “5 ildir bir-birimizi sevirdik”
Azərbaycanda toy günü gəlin başqasına qoşulub qaçıb.

AzNews.az xəbər verir ki, hadisə İmişli rayonunun Qaradonlu kəndində baş verib. Toy mərasimi aprelin 15-də İmişli şəhərində “Kral” şadlıq sarayında baş tutub. Mərasimdən sonra gəlin başqasına qoşulub qaçıb. Gəlinin sevgilisi ilə birlikdə qaçdığı deyilir.

Qızın valideynləri məsələ ilə bağlı İmişli Rayon Polis Şöbəsinə məlumat verib.

Şöbənin müstəntiqi Elsəvər Əliyev AzNews.az-a açıqlamasında toyu olan qızın sevgilisi ilə qaçdığını deyib:

“Qızın yeri məlumdur, izahat da alınıb. Deyir sevib, könüllü qaçmışam. Beş ildir bir-birimizi sevirdik. Məqsədim ailə qurmaqdır. Biz ona heç nə edə bilmərik, yaşı tamam, sevdiyi şəxslə ailə qurub.”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru