Cənub bölgəsində arıların 40 faizi tələf olub

18-04-2017, 08:47           

Azərbaycanın cənub gənə xəstəliyi səbəbindən yüzlərlə arı ailəsi tələf olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Astara sakini Üzün illərdir arıçılıqla məşğul olan Yaşar Ağayev bildirib ki, bu il çəkdikləri əziyyətin bəhrəsini görə bilmirlər.

Səbəb isə gənə xəstəliyinin qarşısını almaq üçün dərman preparatlarının keyfiyyətsiz olmasıdır.

Arıçılar cəmiyyətinin sədri Arif Nəzirov bildirib ki, artıq müvafiq qurumlar vəziyyətdən xəbərdardılar. Lakin vaxtında bu problemə baxılmasa yenidən kütləvi qırılma halları müşahidə oluna bilər. Fermerlər bu il balın qiymətinin yüksək olacağını deyirlər. Çünki arı ailələrinin qırıldığı halda məhsulda bir qədər az olacaq, buda balın qiymətinə təsirsiz ötüşməyəcək. Ötən il balın bir kq 15 manata satılırdısa, bu il 20-25 manata satılacaq.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru