Bakıda 56 yaşlı qadını qaynı bıçaqlayıb. "Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Anaşkin küçəsi 10 ünvanında 1961-ci il təvəllüdlü Qurbanova Hürü Qədim qızı qaynı (hələlik adı açıqlanmır) tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər H.Qurbanovanın vəziyyətini ağır kimi qiymətləndirir. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.