Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, gecə saatlarında Nərimanov rayonu Ziya Bünyadov prospektində nömrəsiz motosiklet sürətlə hərəkətdə olarkən sürücünün idarəetməsindən çıxaraq maneəyə çırpılıb. Nəticədə motosikletin sükanı arxasında olan 20 yaşlı oğlan hadisə yerindəcə keçinib.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.