Tanınmış polkovnikin gənc oğlunun cənazəsi Bakıya gətirildi

1-05-2017, 13:36           
Tanınmış polkovnikin gənc oğlunun cənazəsi Bakıya gətirildi
Bakıda polkovnikin ailəsinə yas düşüb.

Criminal.az saytı xəbər verir ki, polis polkovniki Natiq Nağıyevin cavan oğlu dünyasını dəyişib. Polkovnikin 27 yaşlı oğlunun xarici ölkələrdən birində dünyasını dəyişdiyi bildirilir.

Gənc oğlanın cənazəsi iki gün əvvəl Bakıya gətirilərək dəfn edilib. Ölümün səbəbi haqda məlumat əldə etmək mümkün olmadı.

Allah rəhmət eləsin.

Qeyd edək ki, N.Nağıyev Bakının bir neçə rayon Polis idarəsində rəis müavini, Daxili İşlər Nazirliyinin narkotiklərlə mübarizə idarəsinin rəisi vəzifəsində işləyib. Hazırda təqaüddədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru