ABŞ-da bıçaqla silahlanmış naməlum şəxs universitetə hücum edib, ölən və yaralananlar var

2-05-2017, 08:32           

ABŞ-ın Ostin şəhərində bıçaqla silahlanmış naməlum şəxs insanlara hücum edib.

teref.az-nun “APA”-ya istinadən verdiyi xəbərə görə, insident Texas universitetində qeydə alınıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır xəsarətlər alıb. Hadisə yerinə cəlb edilən polis əməkdaşları bir nəfəri saxlayıb.

İnsidentin digər təfərrüatları hələ ki, məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru