Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə Azərbaycan Beynəlxalq Bankındakı vəziyyətlə bağlı məlumat verilib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qazaxıstan Milli Bankının rəhbəri Daniyar Akişev söyləyib.
“2016-cı ildə Milli Bank bir neçə dəfə Beynəlxalq Banka istiqrazların vaxtından əvvəl tam və ya qismən ödənilməsi imkanları üçün müraciət edib. Bunun qarşılığında Azərbaycan bankı öz mövqeyini dəyişmədi və bizə “yox” cavabı verdi. Beynəlxalq Bank artıq 3 restrukturizasiya variantı səsləndirib. Hökumətlə birgə bunlardan ən az risklisini seçəcəyik”, – deyə o bildirib.
Qeyd edək ki, Qazaxıstan Benyəlxalq Bankın qiymətli kağızlarına 250 milyon dollar investisiya yatırıb.