Bir il əvvəl biznesmeni qətlə yetirən şəxs Qazaxıstanda tutularaq Azərbaycana gətirilib

30-05-2017, 12:33           
Bir il əvvəl biznesmeni qətlə yetirən şəxs Qazaxıstanda tutularaq Azərbaycana gətirilib
Xaçmazda iş adamını qətlə yetirməkdə təqsirləndirilən şəxs Qazaxıstanda tutulub.

Bu barədə APA-ya Xaçmaz rayon Polis Şöbəsindən bildirilib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 2016-cı il iyunun 16-da Xaçmaz şəhərində yaşayan İlqar Məmmədovu qətlə yetirmək təqsirləndirilən Xaçmaz rayon sakini, 1984-cü il təvəllüdlü Rüstəmov Vüsal Arif oğlunun Rusiyaya, oradan da Qazaxıstana qaçması müəyyən edilib.

Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə V. Rüstəmov Qazaxıstanda tutularaq Azərbaycana gətirilib və istintaqa təhvil verilib.

Qeyd edək ki, 2016-cı il yunun 16-da Xaçmaz şəhərində yaşayan İlqar Məmmədovun meyiti evinin həyətində tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədovu qarət məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Xaçmaz rayon sakini Qalib Kərimov hadisədən dərhal tutulub. V. Rüstəmov isə ölkədən qaçıb.

İ. Məmmədov ticarət mallarının topdan satışı ilə məşğul olurmuş.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru