Bakıda polis avtomobili ilə minik maşını toqquşub, bir polis ölüb, bir neçəsi yaralanıb

30-05-2017, 12:34           
Bakıda polis avtomobili ilə minik maşını toqquşub, bir polis ölüb, bir neçəsi yaralanıb
Bakıda polis avtomobili minik maşını ilə toqquşub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində, Socar Yanacaq Doldurma Məntəqəsinin qarşısında qeydə alınıb. Səbail rayon Polis İdarəsinə məxsus “Fiat Doblo” markalı avtomobil “Porshe” markalı maşınla toqquşub.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində bir polis əməkdaşı ölüb, bir neçəsi xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru