Bakıda 82 yaşlı kişi məktub yazaraq özünü güllələyib

1-06-2017, 22:13           

Bakıda 82 yaşlı kişi özünü ürəyindən güllələyib.

teref.az “Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Maştağa qəsəbəsində yaşayan 1935-ci il təvəllüdlü Hacıyev Arif Əli oğlu məktub yazaraq evdə həyat yoldaşının yanında odlu silahdan ürək nahiyəsinə atəş açaraq özünü güllələyib.

A.Hacıyev hadisə yerində dünyasını dəyişib.

Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

A.Hacıyev məktubunda uzun sürən xəstəliyinə dözə bilmədiyini və bu səbəbdən intihara əl atdığını yazıb.

Fakt bağlı Sabunçu Rayon Prorkurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru