ATƏT-in büdcəsi təsdiqləndi –139 milyon avro...

2-06-2017, 08:37           

Bu gün Vyanada ATƏT-in Daimi Şurası təşkilatın 2017-ci il üçün büdcəsini təsdiqləyib.

Report-un ATƏT-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, 2017-ci il yanvarın 1-dən dekabrın 31-dək olan müddətə ATƏT-in büdcəsi 138 982 600 avro təşkil edir.

Qeyd edək ki, ATƏT-in Daimi Şurasında təşkilata üzv 57 ölkənin nümayəndələri daxildir. Qərarlar konsensus əsasında qəbul edilir.

ATƏT 57 üzv ölkənin ödənişləri hesabına maliyyələşdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru