Londondakı terror aktı ilə əlaqədar daha üç nəfər saxlanılıb

8-06-2017, 08:58           
Londondakı terror aktı ilə əlaqədar daha üç nəfər saxlanılıb
Böyük Britaniyanın paytaxtı Londonda törədilən terror aktı ilə əlaqədar daha üç nəfər saxlanılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Skotland-Yardın məlumatında bildirilir.

Məlumata əsasən, iki kişi Londonun şərqində həyata keçirilən xüsusi əməliyyat, daha biri evində aparılan axtarışdan sonra saxlanılıb.

İyunun 3-də “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 8 nəfər ölüb, 48 nəfər xəsarət alıb. Hadisəni törədən 3 nəfər polis ərəfindən güllələnib. Böyük Britaniya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru