Ceyhun Musaoğlu ailəsi ilə qəzaya düşdü

8-06-2017, 10:56           
Ceyhun Musaoğlu ailəsi ilə qəzaya düşdü
Tanınmış jurnalist, Azərbaycan Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu (Musayev) avtomobil qəzasına düşüb.

teref.az Report-a istinadən xəbərinə görə, hadisə Dərnəgül şossesində qeydə alınıb.

Belə ki, C.Musaoğlunun idarə etdiyi “KİA” markalı avtomobil digər maşınla toqquşub. Nəticədə “KİA” bir neçə dəfə aşıb.

Hadisə zamanı avtomobildə olan C.Musaoğlunun həyat yoldaşı başından xəsarət alıb. Onun özü və qızı isə yüngül bədən xəsarətləri alıb. Onlar xəstəxanaya aparılıb. Orada yaralılara ambulator yardım göstərilərək evə buraxılıb.
Dualarımız Ceyhun bəy və ailəsi ilədir!
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru