İşgəncəyə məruz qalan 18 yaşlı qızın yaşadığı uşaq evindən DƏHŞƏTLİ faktlar: - "Uşaqların qaşıqla əllərini yandırırlar"
8-06-2017, 19:15
“Uşaq Evlərinə Qayğı” İctimai Birliyinin rəhbəri Sahib Teymurov Şəki Qarışıq Tipli Uşaq Evində 18 yaşlı Ayselin işgəncəyə məruz qalmasını əks etdirən videogörüntüdən danışıb.
O, AzNews.az-a açıqlamasında bildirib ki, aprel ayında həmin uşaq evinə sovqat aparıb:
“Bir gün onlarla olmağa qərar verdim. Uşaqları təşkilatın avtobusları və öz avtomobilimlə restorana, ordan sonra alban kilsəsi, əyləncə mərkəzinə və Şəki Xan Sarayına apardım. Bundan 6 ay əvvəl isə bilirdim ki, orada işgəncələr tüğyan edir. Bu baxımdan qabaqcadan hazırlıqlı getmişdim. Öz şəxsi kameramı çıxarıb Ayseldən müsahibə aldım. Aysel də sərbəst uşaqların yanında yeməkxanada mənə müsahibə verdi.”
Sahib Teymurov vurğulayıb ki, Ayseldən müsahibə aldığını uşaq evinin müəllim kollektivindən də görən olub:
“Adını bilmirəm, amma görüblər. Əlimdə sübutlar və əlavə görüntülər var. Ayselə heç kim təzyiq etməyib. Sadəcə qız əsirdi. Deyirdi ki, “biz şikayət edəndə aparıb zirzəmidə, soyuq yerdə döyürlər, qaşıqla əllərini yandrırlar. Uşaqlar ac qalırlar, gizlində çörək götürürlər. Bunu biləndə onların əllərini yandırırlar. Zoğal çubuğu ilə döyürlər.”
Sədr Ayselin sağlamlığının yerində olduğunu deyib: “Qızın heç bir problemi yoxdur, sağlamlığı yerindədir. Ayselin heç kimi yoxdur. "