"AST" Telmanın diplomu saxta çıxdı

9-07-2015, 17:10           

Azərbaycanlı milyarder, AST Şirkətlər Qrupunun sahibi Telman İsmayılovla bağlı böyük bir yalanın üstü açılıb.

Hazırda Türkiyədə nəhəng biznes sahibi olan iş adamının tərcümeyi-halında onun 1973-76-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Dövlət İqtisad Universiteti - ADİU) ali təhsil aldığı qeyd olunub.



Bu məlumatın nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənmək məqsədi ilə sözü gedən təhsil müəssisəsi ilə - Dövlət İqtisad Universiteti ilə əlaqə saxladıq.

ADİU-nin Kadrlar şöbəsindən AzVision.az-a verilən məlumata görə, Telman Mərdan oğlu İsmayılov həmin universitetdə təhsil almayıb.

“1970-ci ildən 1980-ci ilə qədər universitetdə təhsil alan məzunların arxivlərini araşdırmışıq. Demək ki, həmin şəxs İqtisad Universitetində təhsil almayıb. Telman İsmayılovun tərcümeyi-halında qeyd olunduğu kimi o bizim universitetimizi bitirməyib.

Əgər o, bizim universitetin tələbəsi olsaydı, adı siyahıda olardı. Bütün arxivləri açmışıq, amma onun adına rast gəlinməyib”.

Qeyd edək ki, Rusiya hakimiyyəti ilə arasında problem yaşayan iş adamı artıq bir neçə ildir fəaliyyətini Türkiyədə davam etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru